Rusiyanın Altay diyarının paytaxtı Barnaul şəhərinin meri İqor Savinçevin oğlu Maksim Tailandın kurort şəhəri olan Pattayada həbs edilib. Rusiyanın Altay diyarının paytaxtı Barnaul şəhərinin meri İqor Savinçevin oğlu Maksim Tailandın kurort şəhəri olan Pattayada həbs edilib.

Rusiyalı merin oğlu Tailandda həbs edildi - FOTOLAR

Rusiyanın Altay diyarının paytaxtı Barnaul şəhərinin meri İqor Savinçevin oğlu Maksim Tailandın kurort şəhəri olan Pattayada həbs edilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Məlumatda deyilir ki, Maksim İnterpolun xəttilə axtarışa verilmişdi. O, dələduzluqda ittiham edilir.

Bu faktı Rusiyanın Tailanddakı konsulluğu təsdiq edib. Maksimin yaxın zamanlarda Rusiyaya deportasiya ediləcəyi gözlənilir.



Maksim haqda cinayət işi ötən ilin sentyabrında açılıb. O, çox ucuz qiymətə "Etimad" şirkətinin 100 faizlik aksiyalarını alıb. Bu zaman Barnaul şəhər büdcəsinə 19 milyon rubl ziyan dəyib. Bundan başqa Maksim şirkətin Baş direktoru Denis Suçkov və Baş mühasibi Svetlana Bronitskaya ilə əlbir olaraq şirkətin hesabına köçürülən 12 milyon rubl dəyərində olan kommunal pullarını mənimsəyiblər.

Qeyd edək ki, Maksim haqda cinayət işi açılan zaman onun atası İqor Savinçevin iş otağında axtarış həyata keçirilib.



Maksimin özü isə beynəlxalq axtarışa verilib. Barnaulun Oktyabr rayon məhkəməsi qiyabi olaraq onun haqda həbs cəzası kəsib.