Türkiyənin Azərbaycandakı Səfirliyi Avropa Parlamentinin 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etməsinə etiraz edib. Türkiyənin Azərbaycandakı Səfirliyi Avropa Parlamentinin 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etməsinə etiraz edib.

“Bu, türklərə qarşı edilən növbəti haqsızlıqdır” – Avropa Parlamentinə daha bir etiraz

Türkiyənin Azərbaycandakı Səfirliyi Avropa Parlamentinin 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etməsinə etiraz edib.


Səfirliyin Mətbuat Müşaviri Həmid Qaradəniz AzNews.az-a açıqlamasında bu qətnamənin erməni diasporu ilə işbirliyi edilərək qəbul olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Türkiyə bu qərara ilk etirazını bildirib: "Lakin bundan sonra hansı mövqe tutulacaq, hansı formada etirazlar ediləcək, onu demək bir az çətindir. Əlbəttə ki, adekvat tədbirlər görüləcək. Avropa Parlamentinə etiraz edənlərin sayı kifayət çoxdur. Amma onu deyə bilərəm ki, Papanın çıxışları da bu məslədə erməni diasporunun əlinin olduğunun əyani sübutudur. Biz Avropa Parlamentindən daha demokratik, insan haqlarına hörmətli olmağı gözlədiyimiz halda, onlar belə bir qətnamə qəbul edirlər. Bu, türklərə və türk dünyasına qarşı edilən növbəti haqsızlıqdır. Onların bu boyda insanın haqqını tapdalayıb, belə qərar verməsi, əlbəttə ki, xoşagələn hal deyil".

Qeyd edək ki, dünən Avropa Parlamentində keçirilən görüşlərdə 1915-ci il hadisələri müzakirə olunub. Keçirilən səsvermədə erməni layihəsi qəbul edilib, 1915-ci il hadisələri "soyqırım" kimi tanınıb. Layihəyə əsasən Türkiyə 1915-ci il hadisələrini "soyqırım" olaraq tanımalı və arxivləri açmalıdır.

Nigar