ATV prezidenti Vüqar Qaradağlı ilə 5 il bu telekanalda yayınlanmış “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal davam edir. ATV rəhbərinin “Səni axtarıram”sa milli-mənəvi dəyərlərə zidd veriliş olmasını bəyan etməsi uzun illər bu proqramla əməkdaşlıq etmiş deputatların və tanınmış ziyalıların narazılığına səbəb olub. ATV prezidenti Vüqar Qaradağlı ilə 5 il bu telekanalda yayınlanmış “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal davam edir. ATV rəhbərinin “Səni axtarıram”sa milli-mənəvi dəyərlərə zidd veriliş olmasını bəyan etməsi uzun illər bu proqramla əməkdaşlıq etmiş deputatların və tanınmış ziyalıların narazılığına səbəb olub.

“Xoşqədəmə dedik ki, hind filmi çəkirsən” – Ekspertlərdən maraqlı açıqlamalar

ATV prezidenti Vüqar Qaradağlı ilə 5 il bu telekanalda yayınlanmış “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal davam edir. ATV rəhbərinin “Səni axtarıram”sa milli-mənəvi dəyərlərə zidd veriliş olmasını bəyan etməsi uzun illər bu proqramla əməkdaşlıq etmiş deputatların və tanınmış ziyalıların narazılığına səbəb olub.


Tibb elmləri namizədi, Azərbaycanın əməkdar müəllimi Rəşid Mahmudov AzNews.az-a deyib ki, Azad Azərbaycan Televiziyasının ən reytinqli proqramı "Səni axtarıram" verilişi idi: ""Səni axtarıram" verilişi millətin savadlanmasında, ailə münasibətlərinin, ata-oğul, ana-qız münasibətlərinin qurulumasında çox böyük rolu var. Kim nə deyirsə desin, Xoşqədəm Hidayatqızının paxıllığını çəkənlər var. O veriliş ən birinci xalqın maariflənməsinə, insanların düz yola çağırılmasına xidmət edir. Digər verilişlər dilənçilik yayırlar ki, gəlin, sizə kömək edək. Elə kömək olur? Dövlət, dövlətimizin səhiyyəsi və həkimləri var, qoyun, bunları onlar etsinlər. O tipli verilişlər orada ayrı-ayrı məqsədlər güdürlər. Azərbaycan telekanallarının verilişləri arasında "Səni axtarıram"dan reytinqli veriliş yoxdur və ola da bilməz. Mən həmişə o verilişdə ekspert kimi iştirak etmişəm. Digər verilişlərin hamısı şoudur. Şou verilişi bizə lazım deyil, bizə lazım olan millətin, xalqımızın maariflənməsi, düzgün yol seçməsi, səhv etməməsidir. Bu verilişdə o xidmətlərlə yanaşı insanların səhvlərini aydınlaşdırmaqla onların əzizlərini tapıb ailərinə qaytarır. Həyatda bundan gözəl nə ola bilər. Yayılan xəbərləri qəbul və düzgün də hesab etmirəm. Bildirim ki, "Səni axtarıram" verilişi əvvəlcə "Sən tək deyilsən" verilişi idi. Orada da hərdən iştirak edirdim və sonra "Səni axtarıram" oldu.



Əgər camaatın əleyhinə nəsə olsaydı camaat o verilişə baxardımı? Bu verilişi xalqı düz yola aparan ən yaxşı veriliş hesab edirəm. Kim nə hesab edir etsin. Sifarişlə yazılan yazıları qəbul etmirəm. Hər kişi Xoşqədəmin gördüyü işləri görə bilməz. Çox qoçaq bir insandır və xalqımıza, dövlətçiliyimizə xidmət edən bir insandır. Biz həmişə Xoşqədəm Hidayatqızına dəstəyik".



Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, "Səni axtarıram" verilişi son beş ilin Azərbaycan televiziya məkanında ən yadda qalan və uğurlu layihələrindən biri olub: "Verilişin mövzusu Azərbaycanda çoxdan tələb olunan mövzu idi. Veriliş ailələrin yenidən bərpa edilməsinə, yaxınlarını itirmiş insanların uzun illərdən sonra bir-birinə qovuşmasına kömək edin bir vasitə oldu. Baxmayaraq ki, bu tip verilişlər xaricdə bu verilişə qədər vardı, amma Azərbaycan variantı daha geniş və maraqlı oldu. Nəinki itmiş insanları tapdı, eyni zamanda ictimaiyyətin də rəyini verməsinə şərait yaratdı. Son dövrlərdə xaricdə Azərbaycan variantının daha uğurlu olduğunu bildiridilər. Baxmayaraq ki, veriliş konkret bir qrupa deyil, ümumilikdə cəmiyyətə hesablanmışdı. Veriliş təşkilatçıları verilişin küçə ruhuna düşməsinə və eyni zamanda ucuz auditoriya popurizmi yığmasına getmədi. Auditoriya bu verilişdən həm də mənəviyyat dərsləri götürürdü, Azərbaycanın dünəni, bu günü ilə bağlı maraqlı fikirlə öyrənirdi. Həmçinin gələcəkdə ailələrin dağılmaması üçün çox maraqlı söhbətlərin şahidi olurduq. Bu gün mən televiziya ilə veriliş təşkilatçıları arasında mübahisəyə qiymət vermək istəmərəm. Həm televiziyanın, həm də veriliş təşkilatçılarının verilişin ərsəyə gəlməsində çox böyük rolu olub. Xüsusuilə də, verilişin layihə ideyaçısı və aparıcısı Xoşqədəm Hidayatqızının bu verilişin ərsəyə gəlməsində çox böyük rolu var. Onun bu illər ərzində şəxsən özünün səfərlərə getməsi, ssenari yazması və mövzu ilə bağlı geniş müzakirlər açması diqqətdə olan məsələlərdən biridir. Və "Səni axtarıram" verilişi Xoşqədəm Hidayatqızının şəxsində ümumən jurnalistikanın bitməyən imkanlarını bir daha göstərə bildi və hesab edirəm ki, bu verilişin bundan sonra da yaşamaq və daima da uğurda olmaq şansı kifayət qədər yüksəkdir".

Hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev vurğulayıb ki, "Səni axtarıram" verilişində ekspertlər müəyyən fikirlərini söyləyir və müəyyən insanlara yol göstərirdilər. O verilişdə milli məsələlərə zidd heç nə yoxdur və ola da bilməz. O verilişdə konkret insanların düşdüyü vəziyyət, onların itirilməsi, axtarılması bədbəxtçiliyinin necə aradan qaldırılması, ana-oğul, bacı-qardaş, ailənin ümumi dil tapması və.s kimi məsələlərə toxunulurdu. Mən uzun illər dövlət orqanlarında, 20 il daxili işlərdə işləmişəm və ilk illərim itkin düşmüş insanların axtarışı ilə bağlı olub. Sumqayıtda cinayət axtarışı üzrə inspektor işləmişəm. İnsanların axtarılmasından çox ağır bir iş və ağır bir sahədir. Bu gözəl insan, qadın xeylağı, zərif bir insan təkbaşına bütün bu işləri təşkil edib. İndi özünə komanda yığıb, xaric ölkələri bu məsələlərə cəlb edə bilib və onların köməyindən istifadə edib, bizim dəhşətli vəziyyətə düşmüş azərbaycanlıları xilas edir. Mən şəxsən belə insana uğurlar arzulayıram. Bu xoşməramlı işlərdə maneçilik, badalaq vurmaq yox əksinə əl tutmaq, köməklik etmək lazımdır. İnsan talelərindən, insanın düşdüyü bədbəxtçiliklərdən söhbət gedir. Belə işlərdə nə qədərə əl tutsaq o qədər yaxşıdır. Əl tutmaq Həzrət Əlidən qalıb. Gərək bir- birimizə dayaq olaq. İnsan təkcə özünü deyil, milləti, xalqı, vətənini bütövlükdə düşünmək lazımdır. Hər hansı bir insandan biri çətin vəziyyətə düşəndə biz ona biganə qalamayaq. Biganəlikdən insan həyatı üçün böyük düşmənçilik yoxdur".



Millət vəkili Rəfael Cəbrayılov isə bir sıra iradlar bildirsə də, "Səni axtarıram"ı bəyəndiyi verilişlərdən bir olduğunu deyib: "O verilişin milli-mənəvi dəyərə zidd olmasını heç vaxt görməmişəm. Verilişlərin reytinqi ölçülərkən bu verilişin reytinqi doğrudan da digər verilişilərdən çoxdursa, deməli, bu veriliş geniş tamaşaçı auditoriyası qazanıb. Düzdü, demirəm ki, bütün reytinqləri də başlı-başına buraxmaq lazımdır. Bəzən bayağı mahnıların da reytinqi çox olur. Amma bu verilişdə cəmiyyətin ziyalıları gəlib bir tribuna kimi istifadə edirlər. Bundan başqa veriliş ən azından gözü yolda qalan bir ananın gözünü yoldan yığırsa deməli bu veriliş lazımdır. Hər bir verilişin səhvi var. Ssenaristdən, verilişin aparıcısından asılı məsələlər var. Amma mənim də o verilişdə bəyənmədiyim hallar var idi və Xoşqədəm xanım deyirəm. Xoşqədəm xanım uzun illərdir ki, tanıyıram. Mənim o verilişə də getməyimin ən böyük bir səbəbi Xoşqədəm xanımın dəvətinə xanım olduğu üçün etiraz edə bilmədiyimə görə gedirəm və verilişdə üç dəfə iştirak etmişəm. Verilişin o kanalda yayımlanmamsının səbəbi eşitdiyimə görə, yəni bu verilişi təkrarlayan başqa bir veriliş də var, "Öz aramızda". Personaldan aldığım məlumata görə belə bir söhbət var. Verilişin milli mənəvi dəyərlərə görə bağlanmasını deməzdim. Düzdür, əvəllər "Toy olsun" və "Onun yarısı" verilişlərinin milli mənəvi dəyərlər zidd olduğnu demişdim. Amma "Səni axtarıram"da belə hallar yoxdur. Düzdür verilişin aparılması taktikası baxımından bir balaca o verilişə əl gəzdirmək olardı. Mən dost kimi Xoşqədəm xanıma da fikirlərimi bildirdim ki, sən bəzən hind filmi çəkirsən, daha çox mən deyirsən. O auditoriyada qıcıq yaradan bir hallardır. Onsuz da sizin xidmətiniz görünür. Xoşqədəm mənim dostum və uzun illərdir tanıdığım insandır. Mən "Sən tək deyilsən" verilişinə getmirdim. Sadəcə olaraq bu verilişdə kiminsə ürəyi yerinə düşür, gözü yollardan yığılır, kiminsə bir ziyalı sözünə ehtiyacı olur ki, ay balam analarınızı, atalarınızı, ailənizi atıb getməyin. Mən həmişə "Səni axtarıram" verilişindən bir ziyalı kimi tribuna kimi istifadə etmişəm. Mənim iştirak etdiyim verilişlərə fikir versəniz görəcəksiniz ki, mən heç vaxt bir kişiyə deməmişəm ki, a kişi utanmırsan arvadın, oğul-uşağını atıb getmisən? O millət vəkilinin deyəcəyi söhbət deyil. Aldığım məlumata görə, "Səni axtarıram" bağlanmayıb, hansısa bir televiziya ilə əməkdaşlığını kəsib. O veriliş davam edəcək. Söhbət milli mənəvi dəyərlərdən getmir. Xoşqədəm xanım efirdə dedi ki, bizim verilişin kopyasını yaradıblar, söhbət əməkdaşlığın biri ilə dayanıb, digəri ilə davam etməsdir".



Tanınmış jurnalist Seymur Verdizadə "Səni axtarıram"ı "Azərbaycan cəmiyyəti üçün faydalı veriliş" adlandırıb. S.Verdizadə deyib ki, digər verilişlərdən fərqli olaraq, "Səni axtarıram"da Azərbaycan cəmiyyətinin qaymaqları, tanımış ziyalılar, deputatlar insanlara xitab ediblər: "Biz cəmiyyətə mühüm mesajlar verirdik. İnsanları səhv yoldan çəkinməyə, öz ata-analarına, övladlarına sahib çıxmağa, xeyirxah, alicənab olmağa səsləyirdik. Buna görə də tamaşaçılar "Səni axtarıram"ı izləyirdi. Təkcə əzizlərini axtaran insanlar deyil, bütövlükdə tamaşaçılar "Səni axtarıram"da nəsə tapırdılar. "Səni axtarıram" Azərbaycan teelməkanının ən uğurlu lyihəsidir. Bunun gələcəkdə də belə olacağına inanıram".

S.Verdizadə deyib ki, heç vaxt "Səni axtarıram"da milli-mənəvi dəyərlərə zidd olan, gənc nəslin tərbiyəsini korlayan süjet efirə getməyib: "Azərbaycan teleməkanında keyfiyyət dəyişikliyinə ehtiyac var. Həqiqətən də bəzi verilişlərdə uşaqların tərbiyəsini korlayan hallar baş verir. Məsələn, Zaur Baxşəliyevin canlı efirdə həyat yoldaşını belinə mindirməsi, Mətanət xanımın "şpaqat" aşması yaxşı hal deyil. Digər teelkanallarda da analoji hallara rast gəlmək mümkündür. Yaxşı olar ki, teelkanal rəhbərləri bu cür mənfi hallara qarşı tədbir görsünlər".