Türkiyədə 1176 polis işdən çıxarılaraq təqaüdə göndərilib. Türkiyədə 1176 polis işdən çıxarılaraq təqaüdə göndərilib.

1176 polis işdən çıxarıldı - VİDEO

Türkiyədə 1176 polis işdən çıxarılaraq təqaüdə göndərilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, işdən çıxarılanlar arasında 10 polis rəisinin də olduğu deyilir.
Bu qərar Polis Baş İdarəsinin 13-16 aprel tarixləri arasında keçirilən toplantısında qərara alınıb.

Onların yeni çıxan qanunla təqaüdə göndərildiyi bildirilir.

Daxili Təhlükəsizlik Qanununa görə, məcburi pensiya müddətləri hələ bitmədiyi halda polis rəisləri təqaüdə göndərilə bilər.

Türkiyənin Daxili işlər Nazirliyi qanunu prezident Ərdoğan tərəfindən qəbul etdikdən sonra Polis Baş İdarəsində toplantı keçirib. Daxili İşlər Nazirliyinin müşaviri Mükerrem Ünlüerin sədrliyi ilə baş tutan toplantıda pensiyaya göndəriləcək polislərin adları müəyyən edilib.

Qətlə yetirilən erməni jurnalist Hrant Dinkin cinayət işində adı keçən və təqaüd vaxtı çatan Polis Kəşfiyyat İdarəsinin rəhbəri Engin Sakit isə pensiyaya göndərilməyənlərin arasında olub.