Rusiyalı “qanuni oğru”lar Oleq Piroqov (Sırkaç) və Viktor Jarinov (Sezar) artıq bir aydan çoxdur ki, İraqın Ərbil şəhərində həbsxanadadır. Rusiyalı “qanuni oğru”lar Oleq Piroqov (Sırkaç) və Viktor Jarinov (Sezar) artıq bir aydan çoxdur ki, İraqın Ərbil şəhərində həbsxanadadır.

“Qanuni oğrular” da İŞİD-ə qoşulur... – Onlar arasında azərbaycanlı avtoritet də var

Rusiyalı “qanuni oğru”lar Oleq Piroqov (Sırkaç) və Viktor Jarinov (Sezar) artıq bir aydan çoxdur ki, İraqın Ərbil şəhərində həbsxanadadır.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İraq hakimiyyəti onların "İslam dövləti" terror təşkilatı ilə əlaqəli olmalarından şübhələnir və onları ömürlük həbslə hədələyir.

Xatırladaq ki, Oleq Piroqov Antalyada başqa bir "qanuni oğru" Vadim İvanenkonun ölümündə şahid kimi dindirilib. Lakin, Türkiyə həbsxanasında olmaq ehtimalını nəzər alaraq Sırkaç istintaqdan yayınıb və Türkiyəni tərk edib. Onun köməyinə isə etibarlı silahdaşı Sezar və bəzi kürdlər gəlib. Əldə olunan məlumata görə, Sırkaç və Sezar martın 8-də Türkiyə-İraq sərhədini keçdikdən sonra saxlanılıblar. Sırkaç iraqlılara öz hüquqi statusu barədə həqiqəti danışmaq məcburiyyətində qalıb. Lakin, ölkə sərhədini qanunsuz keçmək "qanuni oğru"nun cavab verməli olduğu heç də ən böyük qanun pozuntusu olmayıb. Belə ki, xarici görünüşü ilə bəzi terrorçulara bənzərliklərinə görə Sirkaç və Sezar İŞİD-lə əlaqədə ittiham olunublar. İŞİD-lə əlaqəyə görə isə İraqda 20 ildən ömürlüyə qədər həbs cəzası nəzərdə tutulub. Hələ dəqiqləşməyən məlumata əsasən, həbs olunanlara qarşı işgəncə tətbiq edilib.

Bəzi məlumatalara görə, İŞİD-lə əlaqədə olan başqa "qanuni oğrular" da var. Məsələn bu gün Moskvada həbs olunan azərbaycanlı kriminal avtoritet Taleh Dağlıyevin (Tolik Noqinski) əslində, terror qruplaşması ilə bağlılığına görə saxlanıldığı deyilir. (Talehin saxlanılması xəbərini BURADAN oxuyun)

Çünki Oleq Piroqov və Viktor Jarinovla Taleh Dağlıyev yaxın dost olublar. Təqdim etdiyimiz fotoda Oleq Piroqovla Viktor Jarinovun ortasındakı şəxs Taleh Dağlıyevdir.
image description image description