Everestdə 1000-dən artıq alpinist blokadada qalıb

Nepal zəlzələsindən sonra baş verən qar uçqununa görə 1000-dən çox alpinist Everestdə blokadada qalıb.

AzNews.az xəbər verir ki, Lent.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, alpinistlərin xilasetmə əməliyyatına qar uçqunları mane olur. Qar yığınları alpinistlərin düşərgəsinə gedən yolu bağlayıb.

Nepalda olan zəlzələ turist axınının ən pik vaxtına təsadüf edib. Son məlumatlara görə, ölənlərin sayı 1900-dən az deyil. Onlardan 18-i Everest ətrafındakı uçqunda həlak olub.

Gücü 7,9 maqnituda olan birinci təkan dünən paytaxt Katmandunun 80 kilometrliyində baş verib. Yarım saatdan sonra isə ikinci təkan olub.