Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Erməni kəşfiyyatçı: “Özümü çoban kimi təqdim etdim” - VİDEO

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Proses zamanı cinayət işinə əlavə olunan sənədlərə baxış keçirilib.

AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlərin ifadələri dinlənilib.

Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olduğunu və özünü çoban Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib.

Proses zamanı cinayət işinə əlavə olunan sənədlərlə də tanış olunub. Erməni kəşfiyyatçıda aşkar edilən 3 piyada əleyhinə minadan birinin tərkibindəki tratil çıxarılaraq, digər ikisinin isə partladılaraq zərərsizləşdirildiyi söylənilib.

İclasda piyada əleyhinə "fuqas" tipli minanın Ermənistanda istehsal edildiyi açıqlanıb. Faktı sənədlərlə tanışlıq zamanı Arsen Baqdasaryan da təsdiq edib və minanın Kirovakan, hazırkı Vanadzor şəhərində yerləşən zavodda hazırlandığını bildirib.

Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istəyib.
Arsen Baqdasaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsilə təqsirli bilinir və Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Növbəti məhkəmə prosesinin may ayının 4-də keçiriləcəyi elan olunub.