“Müğənni Roya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər”. “Müğənni Roya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər”.

“Röyaya 3 il həbs cəzası verilə bilər” - Hüquq müdafiəçisi

“Müğənni Roya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər”.


Bunu AzNews.az-a hüquq müdafiəcisi Müzəffər Baxış deyib. Onun sözlərinə görə, Röya Ayxan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idi: "Çünki ölkədə qayda-qanun, məhkəmə var. Röyanın imkanlarından istifadə edərək camaata xox gəlməsi təmiz cinayətdir".

M.Baxış əlavə edib ki, Röya Ayxanı etdiyi bu özbaşınalığa görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər: "Ən yüngül halda isə ona 500 manatdan 1000 manata kimi cərimə də kəsmək ehtimalı var".

Qeyd edək ki, vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Roya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb.

Xatırladaq ki, Röya Ayxan "İnstagram"da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb və cinayıtkar aləmin nümayəndələi kimi sorğulayıb.



Bahar RÜSTƏMLİ