Ümumilikdə Rusiya heyətinin tərkibində 360 idmançı var. Ümumilikdə Rusiya heyətinin tərkibində 360 idmançı var.

Rusiya Bakı 2015-ə 7 Olimpiya çempionu ilə gəlir

Ümumilikdə Rusiya heyətinin tərkibində 360 idmançı var.



Heyət üzvlərindən olan atıcı Aleksey Alipov 2004 Afina və 2008 Pekin Olimpiya Oyunlarında səngər stendi növü üzrə qalib olmaqla, ikiqat Olimpiya çempionu adını qazanıb.

Avarçəkənlər Aleksandr Dyaçenko və Yuri Postriqay London 2012-də 200 metr məsafəyə kayak-cütlük yarışlarında qızıl medala sahib çıxıblar.

İdman gimnastı Aliya Mustafina 2012-ci ildə keçirilmiş London Olimpiya Oyunlarında uğur qazanıb. Belə ki, bu gimnast müxtəlif hündürlüklü qollar kateqoriyası üzrə gümüş medal, çoxnövçülük və sərbəst hərəkətlər növündə isə bürünc medallara yiyələnib.

Rusiyanın qılıncoynatma komandasının tərkibində olan Anna Sivkova Afina 2004-də Şpaqa ilə komanda yarışında qızıl medal qazanıb, komanda yarışlarında isə üçqat dünya çempionu adına sahib çıxıb.

Bakı 2015-də iştirak edəcək Rusiya güləş komandasında iki Olimpiya çempionu da var. Hacımurad Qatsalov 2004 Afina Olimpiya Oyunlarında 96 kq çəki dərəcəsində qızıl, Nataliya Vorobyeva isə London 2012-də 72 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. (baku2015.com)