İngiltərənin Şeffild şəhərində çıxan “The Star” qəzeti "Hafka" ləqəbi ilə tanınmış iş adamı Hafiz Məmmədov barədə material hazırlayıb. İngiltərənin Şeffild şəhərində çıxan “The Star” qəzeti "Hafka" ləqəbi ilə tanınmış iş adamı Hafiz Məmmədov barədə material hazırlayıb.

İngilis qəzeti “Hafka“dan yazdı: “Azərbaycandan qaçıb Londona gəlib”

İngiltərənin Şeffild şəhərində çıxan “The Star” qəzeti "Hafka" ləqəbi ilə tanınmış iş adamı Hafiz Məmmədov barədə material hazırlayıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Azadlıq Radiosu"nun saytı yayıb.

Qəzet yazır ki, "Hafka" hazırda Londondadır, amma Azərbaycandan qaçaq düşməsini inkar edir.

Qəzetinin iddiasına görə, Hafiz Məmmədov Şeffild şəhərinin şərti adı "Bayquşlar" olan futbol klubunu bir il əvvəl Milan Mandaricdən 40 milyon funt sterlinqə almağı planlaşdırıb.

Məqalədə deyilir ki, Mandaric bu sövdələşməyə ötən ilin sentyabrında Məmmədovdan gözlənilən pulu almadıqdan sonra son qoyub.

"The Star" qəzeti sövdələşmənin baş tutmamasını maraqlı bir ingilis deyimi ilə ifadə edib ki, bunu Azərbaycan dilinə yalnız "komandanın anası namaz üstdə olub" kimi tərcümə etmək olar. Hərçənd şeffildlilər müsəlman deyillər.

Qəzet yazır ki, Məmmədov Azərbaycan Beynəlxalq Bankından 60 milyon funt sterlinq kredit alıb qaytarmadığı aldığı üçün onun həbsi barədə sanksiya verilib.

"The Star" AzPolitika saytına istinadən yazır ki, sanksiya veriləcəyi barədə iki gün əvvəl xəbər almış Məmmədov ölkədən çıxa bilib.

"Mənim ölkədən qaçmağım barədə məlumatlar tam yalandır", - Məmmədov "The Star" qəzetinə belə deyib - "Mən indi Londonda müalicədəyəm. Ayağımla bağlı problem var. Tezliklə Bakıya qayıdacağam".

"The Star" bunu da yazır ki, Fransanın RC Lens futbol klubunun başına daha böyük iş gəlib.

Hafiz Məmmədov bu komanda üçün vəd etdiyi pulu verə bilmədiyinə görə fransız klubu avtomatik olaraq 2-ci liqaya keçirilib.