Vüqar Tofiqlinin Qarabağ mövzusuna həsr etdiyi növbəti kitabı işıq üzü görüb. Vüqar Tofiqlinin Qarabağ mövzusuna həsr etdiyi növbəti kitabı işıq üzü görüb.

Qarabağa həsr olunan daha bir kitab - “Xatirələrim“

Vüqar Tofiqlinin Qarabağ mövzusuna həsr etdiyi növbəti kitabı işıq üzü görüb.


"Xatirələrim" müəllifin ilk hekayələr toplusu, eyni zamanda Qarabağ mövzusunda dördüncü kitabıdır. Bundan əvvəl, Vüqar Tofiqlinin "Ağdam Çörək Muzeyi – dünəni, bugünü və sabahı", "Qarabağın ağ damı" və "XX yüzilin Ağdamı" kitabları işıq üzü görüb. Topluya müəllifin 30-a yaxın həyat hekayəsi daxil edilib.

Müəllifin hekayələrində təsvir olunmuş insan və hadisələr Qarabağın şirinli-acılı günlərinin bədii-sənədli salnaməsi təsiri bağışlayır.

Kitaba ön sözü Tahir Aydınoğlu yazıb.