Bakının 45 nömrəli məktəbində müəllimə ilə şagirdin yayılan videosu ilə bağlı xəbərlər gündəmin müzakirə movzusuna çevrilib. Baş vermiş olayda ittiham olunan məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva videonun ona qarşı şantaj xarekterli olduğunu və onun işindən uzaqlaşdırmaq məqsədi ilə edildiyini deyir. Bakının 45 nömrəli məktəbində müəllimə ilə şagirdin yayılan videosu ilə bağlı xəbərlər gündəmin müzakirə movzusuna çevrilib. Baş vermiş olayda ittiham olunan məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva videonun ona qarşı şantaj xarekterli olduğunu və onun işindən uzaqlaşdırmaq məqsədi ilə edildiyini deyir.

“Baş vermiş hadisə müəllimənin günahıdır” – Video qalmaqalı

Bakının 45 nömrəli məktəbində müəllimə ilə şagirdin yayılan videosu ilə bağlı xəbərlər gündəmin müzakirə movzusuna çevrilib. Baş vermiş olayda ittiham olunan məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva videonun ona qarşı şantaj xarekterli olduğunu və onun işindən uzaqlaşdırmaq məqsədi ilə edildiyini deyir.


Təhsil eksperti Əjdər Ağayev AzNews.az-a bildirib ki, bunu Azərbaycan məktəblərində baş vermiş hadisə kimi ümumiləşdirmək olmaz: "Belə hallar insanlar arasında da olur. Direktor, müəllim və şagird də insandır. İnsanların bir-birinə qarşı nifrəti də ola bilər, məhəbbəti də. Bu təhsillə deyil, insan xarakteri ilə bağlıdır. Dərs keçən müəllimə tədrisdə, ən başlıcası sinif otağında ciddi olmalıdır. Şagirdin, abituriyentin onu sinif otağında öpməsi məqbul sayıla bilməz. Müəllim ən çox sevdiyi şagirdi evində və toyda yalnız alnından öpə bilər. Sinif şəraitində belə hal olmamalıdır. Baş vermiş hadisə müəllimənin günahıdır. Gərək bu hala yol verilməyəydi".

Ə.Ağayevin fikrincə, heç bir məktəbin direktoru rəhbərlik etdiyi qurumun barəsində belə məlumatların yayılmasını istəməz: "Bu videonun yayılmasında direktorun rolu varsa, bu, səviyyəsizlik kimi qiymətləndirilməlidir".

Təhsil eksperti əlavə edib ki, bu hadisənin sosial şəbəkədə yayılmasında ancaq və ancaq məktəb şagirdlərinin marağı ola bilər: "Məncə bu hadisə abituriyentlər tərəfindən yayılıb. Uşaqlar qeyri-adi, əxlaqi hərəkətlərlə bir növ məzələnirlər. Uşaqlar arasında bir-birinə qarşı eqoist hərəkətlər ola bilər. Uşaqlar kamilləşməmiş bir varlıqlardı".

Xatırladaq ki, 45 nömrəli məktəbin ingilis dili müəlliməsi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsü yayılıb. İyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova müəlliməni çağıraraq işdən azad edilməsi üçün ərizə yazmasını istəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az