Yunanıstanın Baş naziri Aleksis Tsipras Avropa İttifaqının maliyyə yardımı şərtlərilə bağlı güzəştlərə getməyə razılaşıb. Yunanıstanın Baş naziri Aleksis Tsipras Avropa İttifaqının maliyyə yardımı şərtlərilə bağlı güzəştlərə getməyə razılaşıb.

Baş nazirdən yeni kompromis təklif - Yunanıstan böhranı

Yunanıstanın Baş naziri Aleksis Tsipras Avropa İttifaqının maliyyə yardımı şərtlərilə bağlı güzəştlərə getməyə razılaşıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, yeni güzəştləri baş nazir Avropa kreditorlarına göndərdiyi məktubunda təklif edib.

Tsiprasın kreditorlara məktubunu The Financial Times (FT) nəşri əldə edib.

Məktubda deyildiyinə görə, Baş nazir Tsipras avropalı kreditorların şərtlərinin böyük hissəsilə razılaşmağa hazırdır.

FT-nin qeyd etdiyinə görə, Tsipras həmin şərtləri bir neçə düzəliş olunmaqla qəbul edir.

Kreditorlara göndərdiyi məktubda Tsipras yalnız iki dəyişikliyin edilməsini - Yunanıstan adalarında ƏDV güzəştinin güvvədə saxlanılmasını və təqaüdə 67 yaşdan çıxmaq barədə qərarın dərhal yox, oktyabr ayından qüvəyə minməsini xahiş edib.

Yunanıstan mili telekanalı ERT də təsdiqləyib ki, Tsipras cüzi düzəlişlərlə kreditorların şərtlərini qəbul etməyə hazırdır.

Məktubun əvvəlində deyilir ki, Afina planın ümumi tərkibi ilə razılaşır, amma bəzi detalları dəyişmək istəyərdi, lakin əsas məsələ elə detallarla bağlıdır: "Biz hələ bilmirik ki, Avropa Birliyi ölkələrinin maliyyə nazirləri nə deyəcək. Onlar bu gecə Yunanıstanın yeni təkliflərini video konfrans vasitəsilə müzakirə edəcəklər. Burada həm də inam məsələsi ortaya çıxır".

Qeyd edək ki, Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.5 milyard avro məbləğində borcunu qaytarmaq barədə öhdəliyini yerinə yetirməyib.
Bundan bir qədər əvvəl avrozona ölkələri nazirləri Yunanıstana borcunun qaytarılması üçün verilmiş vaxt möhlətini uzatmamaq qərarına gəlmişdilər.

Lakin nazirlər bildiriblər ki, Yunanıstandan son dəqiqədə gəlmiş 2 illik maliyyə yardımının verilməsi barədə yeni xahişə çərşənbə günü iyulun 1-də baxılacaq.
Yunanıstan inkişaf etmiş dövlətlər qrupuna aid edilən BVF-dən aldığı krediti vaxtında ödəyə bilməyən ilk ölkədir.

Ehtimal edildiyinə görə, BVF börcunun ödənməməsi Yunanıstanın avrozonanı tərk edəcəyi riskini gücləndirir.

Ötən gecə BVF Yunanıstanın borcunu ödəyə bilməməsi faktını təsdiqləyib.

BFV sözçüsü Gerry Rice Yunanıstandan ödəniş möhlətinin uzadılması barədə xahişin alınması faktını təsdiqləyərək, məsələyə müvafiq qaydada baxılacağını bildirib.