“Əslində dost idik”. “Əslində dost idik”.

Azərbaycanlı aparıcı türkiyəli iş adamı ilə nişanlandı - FOTOLAR

“Əslində dost idik”.



ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova ailə qurmağa hazırlaşır.

AzNews.Az xəbər verir ki, bu barədə ölkə.az-a Məmmədova özü məlumat verib. Hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı şəxslə nikah masasına oturacaq:

"Dünən nişanımız oldu. Türkiyə vətəndaşıdır və yaşıdıq. Azərbaycanlı deyil, türkdür və iş adamıdır".

G.Məmmədova gələcək həyat yoldaşı ilə tanışlıqları barədə də danışıb:

"Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zamana arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun".

Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də "Kamerton", "Xonça" kimi verilişlərin aparıcısı olub.