Beynəlxalq təhlükəsizliyə ən böyük təhdid "İslam Dövləti" cihad qruplaşması hesab olunur. Beynəlxalq təhlükəsizliyə ən böyük təhdid "İslam Dövləti" cihad qruplaşması hesab olunur.

“Rusiya qonşu ölkələrin ərazi bütövlüyünə hörmətsiz yanaşdı” - Pentaqon

Beynəlxalq təhlükəsizliyə ən böyük təhdid "İslam Dövləti" cihad qruplaşması hesab olunur.


Pentaqon qərargah rəislərinin birləşmiş komitəsi 2015-ci il üçün milli hərbi strategiyanı yayımlayıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, beynəlxalq təhlükəsizliyə ən böyük təhdid "İslam Dövləti" cihad qruplaşması hesab olunur.

Sənəddə, həmçinin "revizionsit dövlətlər" başlığı ilə Rusiya, İran, Çin, və Şimali Koreya dövlətləri də qeyd olunub.

"Rusiya narkotiklər və terrorizmlə mübarizə aparsa da, dəfələrlə qonşu ölkələrin ərazi bütövlüyünə hörmətsiz yanaşıb", - hərbi sənəddə deyilir.

Pentaqon sənədində Krımın ilhaqının kontekstində "hibrid müharibəsi" texnikası xatırladılır. Onlar Rusiyanın hərbi qüvvələrini üçüncü qüvvələr vasitəsilə regional təhlükəsizliyi sarsıtmaqda günahlandırırlar.

Pentaqon həm də rəsmi Pekinin bütün Cənubi Çin dənizini öz avtokratiyası hesab etmələrindən narahatdır.

Bununla yanaşı sənəddə Rusiya, İran, Çin, və Şimali Koreyanın ABŞ və onun müttəfiqləri üçün birbaşa təhdid sayılmadığı da vurğulanır. Amma "bu dövlətlərin fəaliyyəti narahatlıq yaradır", - sənəddə deyilir.

Ötən həftə Pentaqon NATO-ya daxil olan Şərqi Avropa ölkələrinə ağır texnikanın yerləşdiriləcəyi haqqında məlumat yaymışdı.