Biləsuvar sakinləri içməli suya həsrət qalıb. Su isə qeyri-qanuni şəkildə rayon Su-kanal İdarəsinin rəisi tərəfindən ayrı-ayrı fabrik, müssisələrə satılır. Əhali isə kütləvi aksiyalara hazırlaşır. Biləsuvar sakinləri içməli suya həsrət qalıb. Su isə qeyri-qanuni şəkildə rayon Su-kanal İdarəsinin rəisi tərəfindən ayrı-ayrı fabrik, müssisələrə satılır. Əhali isə kütləvi aksiyalara hazırlaşır.

Sərxoş rəisin “biznesi” - Əhali susuz qaldı

Biləsuvar sakinləri içməli suya həsrət qalıb. Su isə qeyri-qanuni şəkildə rayon Su-kanal İdarəsinin rəisi tərəfindən ayrı-ayrı fabrik, müssisələrə satılır. Əhali isə kütləvi aksiyalara hazırlaşır.

AzNews.az xəbər verir ki, Biləsuvarda rayon camaatı tərəfindən Su-kanal İdarəsinin rəisi Sərxoş Səidova qarşı ciddi narazılıqlar var.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, rayon camaatı idarə rəisinin tamahkarlığı ucbatından yayın bu yandırıcı isti günlərində susuz qalıb.

Belə ki, sakinlərə verilməli olan içməli su qanunsuz şəkildə Biləsuvar Su-kanal İdarəsinin rəisi Səidov Sərxoş tərəfindən parniklərə, ayrı-ayrı fabrik, müəssisələrə satılır.

Bu "ticarət" isə suya tələbatın çox olduğu bir mövsümdə rəisin əsas qazanc mənbəyinə çevrilib. Çünki, satılan suların axdığı xətlərə sayğac quraşdırılmadığından, rəislə şirkətlər arasında baş tutan bu "al-ver"dən gələn gəlir nəğd şəkildə birbaşa rəisin cibinə axır.

Bu isə eyni zamanda sakinlərlə yanaşı dövlət büdcəsinə də vurulan ziyandır.

Qeyd edək ki, zərərçəkənlər baş verən özbaşnalıqla bağlı aidiyyatı qurumlara şikayət ediblər. Sakinlər şikayətlərinin nəticəsiz qalacağı təqdirdə kütləvi aksiyalar keçirəcəklərini bildiriblər.

Vüsal Qarayev
AzNews.az