Suriyaya gələcəklərini deyərək onlara pul göndərməsini istəyən çeçen qızlar İŞİD terror təşkilatını aldadıblar. Suriyaya gələcəklərini deyərək onlara pul göndərməsini istəyən çeçen qızlar İŞİD terror təşkilatını aldadıblar.

Qızlar İŞİD-çiləri aldadıb soydular (VİDEO)

Suriyaya gələcəklərini deyərək onlara pul göndərməsini istəyən çeçen qızlar İŞİD terror təşkilatını aldadıblar.


ANS PRESS-in məlumatına görə, çeçen polisi sosial şəbəkədə İŞİD üzvləri ilə yazışan qızları saxlayıb.

İŞİD sıralarını böyütmək üçün Çeçenistanı hədəf alıb. Sosial şəbəkə vasitəsilə çeçen qız və oğlanlarla əlaqə yaradan təşkilat üzvləri "cihada qatılın" təbliğatı aparır.

Çeçen polisi sosial media vasitəsilə terrorçularla ünsiyyətə keçərək Suriyaya getmək üçün söhbətlər aparan 3 qızı tutub.

Əslində isə, məsələ çox fərqli imiş. Çeçen qızlar İŞİD-çilə pul qoparmaq üçün aldadıblarmış.

Qızlar onlara Suriyaya getmək istədiklərini, ancaq pullarının olmadığını söyləyərək onlardan pul qopardıblar. Rusiya mətbuatnın yazdığına görə, qızlara inanan terrorçular 3.300 dollar göndərdiyini yazır.

Maraqlıdır ki, qızlar pulu aldıqdan sonra sosial media hesablarını bağlayıblar.