Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə Səhiyyə Nazirliyi 28 özəl tibb müəssisəsini cərimələyib. Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə Səhiyyə Nazirliyi 28 özəl tibb müəssisəsini cərimələyib.

Oqtay Şirəliyev 28 özəl klinikanı cərimələdi - Qanun pozuntusu

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə Səhiyyə Nazirliyi 28 özəl tibb müəssisəsini cərimələyib.


Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 28 tibb müəssisəsi ümumilikdə 234 min manat cərimə olunub.

"Bioloji Təbabət", "Diaqnoz" Tibb Mərkəzi, "Bakı" klinikaları 30 min manat, "Aysmed" və "Ömür" klinikaları 20 000 manat məbləğində cərimələnib. Qalan klinikalar isə 2000-6000 manat məbləğində cərimə edilib".

Səhiyyə Nazirliyi özəl klinika sahiblərinə müraciət edərək bildirib ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

"Əhaliyə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik".