İŞİD terror qruplaşması əsir götürdükləri qadın və uşaqların qiymət cədvəlini yayıb. İŞİD terror qruplaşması əsir götürdükləri qadın və uşaqların qiymət cədvəlini yayıb.

İŞİD seks-kənizlərinin qiymət cədvəlini yaydı

İŞİD terror qruplaşması əsir götürdükləri qadın və uşaqların qiymət cədvəlini yayıb.



Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Zeynəb Banqura bəyan edib.

Onun sözlərinə görə, bu ilin aprel ayında İraqda olarkən ona İŞİD-in qadın və uşaqların qiymətləri olan kitabçanın bir nüsxəsini hədiyyə ediblər.

"Qızlarla neft kimi alver edirlər. Hər bir qızı 5-6 kişi alıb sata bilərlər. Elə olur ki, döyüşçülər qızları baha qiymətə öz ailələrinə də satırlar", - Banqura deyib.

BMT nümayəndəsi qeyd edib ki, 1 yaşdan 9 yaşa qədər olan uşaqlar 165 dollara, 11-16 yaş arasında olanlar isə 124 dollara satılırlar.

Əsirlər düşərgəyə gətirildikdə, ilk olaraq özlərinə qulları İŞİD liderləri seçirlər, qalanlarını isə satışa çıxarırlar.