Oğuzda iki övlad atası özünü güllələyərək intihar edib. Oğuzda iki övlad atası özünü güllələyərək intihar edib.

İki övlad atası özünü güllələdi - Oğuzda

Oğuzda iki övlad atası özünü güllələyərək intihar edib.


AzNews.az xəbər verir ki, Rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 4-ü səhər saatlarında rayonun Baş Daşağıl kəndində qeydə alınıb. Rayonun Baş Daşağıl kənd sakini, 1968-ci il təvəllüdlü Məmməd Nurəli oğlu Rəsulov hələ ki istintaqa məlum olmayan səbəbdən yaşadığı ünvanda tək lülə ov tüfəngini çənəsinin altına dirəyərək atəş açmaqla intihar edib. Aldığı güllə yarasından ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 47 yaşlı Məmməd Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

Məmməd Rəsulov xəstəxanada keçinib. Məlumatda bildirilir ki, mərhum evli və iki övlad atası olub.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.