Prezident İlham Əliyevin Milli Məclisə seçkilərin vaxtını təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) qanunauyğun addımlar atmağa başlayıb. Prezident İlham Əliyevin Milli Məclisə seçkilərin vaxtını təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) qanunauyğun addımlar atmağa başlayıb.

MSK-nın iclasında - Yeni qərarlar (VİDEO)

Prezident İlham Əliyevin Milli Məclisə seçkilərin vaxtını təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) qanunauyğun addımlar atmağa başlayıb.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, komissiyanın iclasında Milli Məclisə seçkilərin təqvim planı təsdiq edilib. Artıq deputatlığa namizədliyin irəli sürülməsinə start verilir. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqatin aparılmasına isə seçkilərə 23 gün qalmış oktyabrın 9-da başlanılır. 31 oktyabr saat 08:00-da isə təşviqat dayandırılır.

Azərbaycanda Parlament seçkiləri V dəfə baş tutacaq.

MKS sədri Məzahir Pənahov isə bəzi beynəlxalq müşahidəçilərin ədalətsiz yanaşmasına iradlarını bildirib:

"Bunu heç kəs qeyri adi qəbul etməsin. Bu dünyanın hər bir ölkəsində olur və bizdə də yaşanır. Belə hal növbəti seçkilərdə də olacaq. Seçkilərin nəticələri çox obyektiv bir şəkildə qiymətləndiriləcək".