Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı maraqlı müsabiqələrlə davam edir. Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı maraqlı müsabiqələrlə davam edir.

Baykerlər yarışlara başladılar - FOTOLAR

Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı maraqlı müsabiqələrlə davam edir.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, festivalın ikinci günü baykerler arasında bir-birindın maraqlı müsabiqələr baş tutub. İlk olaraq 4 bayker Şəki paxlavası yemək yarışına qatılıblar.

Onlara ayrılan paxlavanı yemək üçün 30 saniyə vaxt verilib. Baykerin qatıldığı müsabiqədə iki nəfər ikinci mərhələyə kəçib. İkinci mərhələdə qalan şirniyyatı yemək üçün 17 saniyə kifayət edib.

İkinci mərhələ Aleksey və Pərviz adlı baykerler arasinda keçirilib. Şirniyyatdan ən çox yeyən isə müstəqil bayker Aleksey Məlikov olub.

Bundan əvvəl isə festivalın ikinci günündə baykerlər "test-ride" (sürət testi) keçiriblər. Onlar "Test-ride" zamanı bir neçə maneəni keçərək finiş xəttinə çatmalı idilər. Öz bacarıqlarını gostərən baykerlər şounu izləyən tamaşaçıların və jurnalistlərin alqışını qazanıb. Baykerlər motosikletlərində göstərdikləri əsrarəngiz şoularla izləyicilərı əyləndirib.

Təşkilatçılar istənilən şəxsə seçdiyi motosikleti sürət testindən keçirərər bu həyəcanı yaşamaq imkanı yaradıb

"Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutan Motofestivalı möhtəşəm konsertlər və seminarlarla gecəyə kimi davam edəcək.

Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edir.

Axşam saatlarında isə Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunan möhtəşəm konsert proqramına start veriləcək. Konsertdə Ledi Qaqa və əfsanəvi "The Beatles" rok qrupunun "tribute" qrupları çıxış edəcək.