Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları Gürcüstanın Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalının rəisi David Qvinaşvilini rüşvət alma faktı ilə saxlayıb. Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları Gürcüstanın Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalının rəisi David Qvinaşvilini rüşvət alma faktı ilə saxlayıb.

Hərbi hospitalın rəisi saxlanıldı - Rüşvətə görə

Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları Gürcüstanın Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalının rəisi David Qvinaşvilini rüşvət alma faktı ilə saxlayıb.


AzNews.az-ın APA-a istinadən məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxs tenderə əsasən dövlət satınalmaları prosesinin həyata keçirilməsi zamanı iş müəssisəsindən 6 000 lari rüşvət tələb edib və rüşvətin bir hissəsi olan 2 000 lari alarkən istintaq xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə əlaqədar Gürcüstan CM-nın 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır və saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.