Bu gecə Ay Yer Kürəsinə həmişə olduğundan daha böyük və daha parlaq olacaq. Bu gecə Ay Yer Kürəsinə həmişə olduğundan daha böyük və daha parlaq olacaq.

Bu gecəki “Super ayın“ görüntüsü - FOTO

Bu gecə Ay Yer Kürəsinə həmişə olduğundan daha böyük və daha parlaq olacaq.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, 2015-ci ildə 3 "super ay" hadisəsi müşahidə olunub. Daha 3 "super ay" hadisəsi hələ də qalıb. Faktiki olaraq bu ayın bədirlənməsi deməkdir.

Bu hadisə "perigeya" dövründə baş verir. Bu hadisə zamanı ay Yer kürəsinə daha yaxın olur.

Peykin görülən diski təxminən 10% artacaq. Bunu daha yaxşı müşahidə etmək üçün astronomlar səmanın şərq tərəfində olan ərazidən baxmağı məsləhət görürlər. Eyni zamanda bu ərazidə evlərin və ağacların olmağı vacibdir. Səhralıq yerdə ay illuziyasını müşahidə etmək mümkün olmayacaq.

Növbəti yəni, 5-ci "super ay" hadisəsi bu il sentyabrın 28-də baş verəcək. Həmin gün Ay Yer kürəsinə 356 896 kilometr məsafə yaxın olacaq. Bu zaman onda ayın tam tutulması müşahidə olunacaq. Son "super ay" hadisəsi bu il oktyabrın 27-də olacaq.



"Super ayın" görüntüsü