Sentyabrın 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sentyabrın 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sabaha olan hava proqnozu - Yağış, külək...

Sentyabrın 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, səhər Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal küləyi əsəcək. Gecə 19-22, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama yaxın yağış tədricən kəsiləcək. Gecə 16-21, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.