Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq

Diqqət: Metroda köhnə kartların son günüdür

Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq


AzNews.az xəbər verir ki, bunu oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sərnişinlər girov dəyəri və gediş haqqını "Bakıkart"a transfer edə bilərlər.

Qeyd edək ki, avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, "BakıKART"ın (plastik kart) satışı 2 manat, "BakıKART məhdud istifadə üçün" kartının satışı isə 20 qəpikdir.