Bu ildən etibarən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərində tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq. Bu ildən etibarən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərində tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

10-cu sinif şagirdləri üçün yenilik

Bu ildən etibarən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərində tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.



Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Növbəti dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

Sevinc Yasinqızı
AzNews.az