Rusiya dövlət başçısı Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarətdə dollar və avrodan istifadə olunmasına qarşı çıxıb. Rusiya dövlət başçısı Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarətdə dollar və avrodan istifadə olunmasına qarşı çıxıb.

Putin MDB-də dolları qadağan edir - Qanun layihəsi

Rusiya dövlət başçısı Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarətdə dollar və avrodan istifadə olunmasına qarşı çıxıb.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident bu haqda Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Verilən məlumata görə, ticarətdə milli pul vahidlərinin istifadəsinin genişləndirilməsi hədəflənir, Avrasiya İqtisadi Birliyinə (AEB) üzv olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan arasında ortaq bir maliyyə bazarı yaradılması planlaşdırılır.

Anlaşmaya görə, 2025-2030-ci illərdə birlik üzvü olan ölkələrin yerli pul vahidləri ilə ticarəti zəruri hala gələcək.

Rusiya eyni zamanda Türkiyə, Çin və Yaxın Şərq ölkələri ilə yerli pul vahidləri ilə ticarəti nəzərdə tutan sazişlər imzalayır.