Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Məhərrəm ayında nələr qadağandır? - Hacı Surxayın şərhi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.



Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Miladi təqvimlə məhərrəm ayının 1-i oktyabrın 15, Aşura günü isə 24-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli AzNews.az-a açıqlamasında bildirib ki, Məhərrəmlik ayı haram aylardan hesab olunur: "Bu aylarda vuruşlar, savaşlar qadağan olunub. Bu ayda bir mənalı olaraq, toy məclislərinin olması yasaq və qadağandır. Bundan əlavə həm də böyük günahdır. Bu ayda toy etmək olmaz. Hər bir insan düşünməlidir ki, onun yaxını və əzizi dünyasını dəyişib. Ölən insanın yası və matəmi saxlanılmalıdır. Bunun fonunda insan qəm, kədəri atmalıdır".

Hacı Surxay Məmmədli qeyd edir ki, insanlar məhərrəmlik ayında yaxşılıqlara dəvət olunmalıdır: "Pisliklərdən qorunmalıdır. Məhz İmam Hüseynin Kərbəla şüarı bu olub-kin-kudurət olmaz. Bu ayda insanlar mənəviyyatını təmizləməlidir. Xəstələr baş çəkməli, ehtiyacı olan insanların ehtiyacları təmin olunmalıdır".

QMİ nümayəndəsi hesab edir ki, Məhərrəmlik ayı hüzn olduğuna görə, elçilikdən söhbət gedə bilməz: "Elçilik etmək həm əxlaqi, həm də dini baxımdan bu ayla ziddiyyət təşkil edir. Kəbin kəsilməsi üçün bir istisna hal var - ola bilər ki, ailə qurulub, lakin tərəflərin arasında kəbin kəsilməyib. Yalnız belə halda məhərrəmlik ayında kəbin kəsilə bilər".

Bahar RÜSTƏMLİ