Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək.
  • 21 Noyabr 2015 23:17
  •  1 888

“Bu gün olan səhvlərə görə utanıram“ - Qriqorçuk

Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Qəbələ" səfərdə "Sumqayıt"la 2:2 bərabərə qalıb.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:

"Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik. Misal üçün "Kəpəz"lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular. Futbolçuların yerində mən də olsaydım, hücuma atılardım. Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundan bir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı".