00:59
(077) 610-22-33

2 yaşlı Səhərin atası fəryad edir: “Həkimlər bizi aldatdı, kömək lazımdır”

  • >
4 428 9 Avqust 2016 13:24 | Cəmiyyət

2 yaşlı Səhər Salahovanın yardıma ehtiyacı var.


Bərdə rayon Hacalı kənd sakini Teymur Salahov AzNews.az-a müraciət edərək 1 yaşlı övladının ürəyində anadangəlmə qüsur olduğunu bildirib: "2014-cü ilin sentyabrında həkimlər Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evində ona bu diaqnozu qoydular. Uşaq doğulandan 10 gün sonra onu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirdik. Orada həkimlər baxdı, ürəyində dəlik olduğunu təsdiqlədilər. Amma bizə dedilər ki, uşağın çəkisi az olduğundan, onun ürəyində yalnız 5 yaşından sonra əməliyyat aparıla bilər. Biz də həkimin bu sözünə inandıq. O gündən sonra tez-tez müayinə edilib müalicə alırdı".

T.Salahov qeyd edib ki, uşaq bu yaxınlarda yenidən Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib: "Tanınmış cərrah, millət vəkili Rəşad Mahmudov baxıb dedi ki, təcili əməliyyat olunmalıdır, Səhərin hər dədiqəsi ölümdür. Ürəyində 250 təzyiq, sıxıntılar var. Sən demə uşaq 3 aylığında əməliyyat olunmalıymış".

Ata deyir ki, əməliyyat üçün 11 min manat pul lazımdır: "Bizim də imkanımız yoxdur. İmkanlı şəxslərə üz tuturuq, Səhərin yaşamasına yardım edin".

Balaca Səhərə yardım etmək istəyən şəxslər aşağıdakı telefonlarla əlaqə saxlaya bilərlər: 050 445- 97 -56

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X