Quba rayonunda intihar edən 55 yaşlı müəllimlə bağlı bəzi məqamlar ortaya çıxıb. Quba rayonunda intihar edən 55 yaşlı müəllimlə bağlı bəzi məqamlar ortaya çıxıb.

İntihar edən müəllim sabiq bələdiyyə sədri imiş - Ötən il rəqibinə uduzub

Quba rayonunda intihar edən 55 yaşlı müəllimlə bağlı bəzi məqamlar ortaya çıxıb.


AzNews.az-ın əldə etdiyi məlumata görə, Bayram Seyidov uzun müddət Quba rayonunun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 1,5 il əvvəl isə bələdiyyə sədrliyinə keçirilən seçkilərdə rəqibinə məğlub olub.

Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, B. Seyidov 7 il əvvəl çalışdığı Xaltan kənd məktəbindən ərizə yazaraq işdən çıxıb: "Öz istəyi ilə müəllimlikdən uzaqlaşdı. Sonra bələdiyyə sədri seçildi. Bələdiyyəyə keçirilən seçkilərdə məğlub olduqdan sonra isə məktəbə qayıtmayıb ".

Qeyd edək ki, Xaltan kənd sakini Bayram Seyidov intihar edib. O, intihardan öncə bu barədə feysbuk səhifəsində məlumat verib.

Bahar RÜSTƏMLİ
AzNews.az