07:18
(077) 610-22-33

Sürürcülərin nəzərinə - Bu yol bağlı olacaq

  • >
2 056 25 Avqust 2016 13:29 | Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb.


Bakı Nəqliyyat Agentliyindən daxil olan xəbərə görə, bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırılır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Eyni zamanda, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.

Report.az
Bağla X