11:29
(077) 610-22-33

Tələbələr Elşad Abdullayevin həbsini istəyir - EKSKLÜZİV

  • >
1 620 1 Dekabr 2012 12:19 | Cəmiyyət

ABU-nun tələbələri aksiyaya hazırlaşır. Bu barədə məlumatı AzNews.az-a ABU-nun Tələbə Hərəkatında təmsil olunan tələbələrdən biri verib. Onun verdiyi məlumata görə, yaxın günlərdə Tələbə Hərəkatında təmsil olunan tələbələr aksiyalara başlayacaqlar.

Adının çəkilməsini istəməyən tələbə deyib ki, aksiyanı keçirməkdə məqsəd ABU-ya ödənilən pulların geri qaytarılmasına nail olmaqdır. Aksiyada universitet bağlandıqdan sonra digər universitetlərə yerləşdirmədən kənarda qalan tələbələrlə yanaşı, E.Abdullayevin testdən kənar qeyri-qanuni yolla universitetə qəbul etdiyi tələbələrin iştirak edəcəyi də gözlənilir. Aksiyalarda Elşad Abdullayevin həbs edilməsi tələbi səsləndiriləcək.

Turan Türkan
AzNews.az
Bağla X