23:47
(077) 610-22-33

Ermənistanda əlil uşaqlar dilənçi vəziyyətindədir

  • >
348 3 Dekabr 2012 21:14 | Cəmiyyət

Ermənistanda əlil uşaqların 65 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu haqda UNICEF-in məlumatlarını açiqlayan qurumun erməni ofisinin nümayəndəsi Qenriet Arens bildirib.

O vurgulayıb ki, qeyri-rəsmi məlumata görə, ölkədə əlil uşaqların sayı 12 mindir. Rəsmən isə onların sayının 8 min olduğu bildirilir. Bu kateqoriyalı uşaqların 65 faizi yoxsulluq həddində yaşayır (onlar gündəlik tələbatlarına 3 dollar dollar xərcləyirlər), 8 faizi isə dilənçilik səviyyəsindədir (2 dollardan da az xərc).

UNICEF-in məlumatına görə, Ermənistanda əlil uşaqların 18 faizi ümumiyyətlə məktəbə getmir.

Q.Arens bildirib ki, ümumiyyətlə Ermənistan əhalisinin maddi rifahı ürəkaçan deyil.

İnci
AzNews.az
Bağla X