19:40
(077) 610-22-33

Şaxta baba, Qar qız olmaq istəyənlərə ŞAD XƏBƏR

  • >
530 7 Dekabr 2012 11:15 | Cəmiyyət

Müraciətlərin qəbulu başlandı



Yeni il günlərində Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb. Bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, adətən müraciətlər heyət tərəfindən edilir. Bu heyətə Şaxta baba, Qar qız və fotoqraf daxil olur. İndiyədək Bakıda 12 heyət Yeni il günlərində Şaxta baba, Qar qız və fotoqraf kimi fəaliyyət göstərmək üçün müraciət edib. Müraciət üçün son gün dekabrın 15-i olacaq. Dekabrın 15-dən sonra artıq lisenziyalar veriləcək. Əgər yolkalar qurularsa, heyət həmin vaxtdan başlayaraq, yanvarın 13-nə kimi fəaliyyət göstərə bilər.

Bağırov deyib ki, Şaxta baba, Qar qız və fotoqraflar üçün lisenziyanın qiyməti ayrı-ayrılıqda 60 manatdır.

AzNews.az
Bağla X