02:10
(077) 610-22-33

Hava soyuyacaq

  • >
4 737 7 Dekabr 2012 13:05 | Cəmiyyət

Bakıda yağış yağacağı gözlənilir



Dekabrın 8-də nisbətən sabit, mülayim hava şəraiti davam edəcək. Ayın 9-10-da isə şimal küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacağı,axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində isə yağış yağacağı ehtimalı var.Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam şimal-qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X