- Köhnə - Cəmiyyət
- 17 Yanvar 2017 10:52
- 6 925
Azərbaycanlı iş adamı həbs edildi - Dini radikalizm və terrorda ittiham olunur
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.
İş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.
İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.
Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.
O, Krımda sahibkarlıqla məşğul olub.
AzNews.az