“Mən bütün günü məktəbdə olmuşam” “Mən bütün günü məktəbdə olmuşam”

“Məni işdən kim çıxarıb? Hazırda işdəyəm”- Seyfəli kənd məktəbinin direktoru

“Mən bütün günü məktəbdə olmuşam”

Bunu AzNews.az-a açıqlamasında Şəmkir Rayonu Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov deyib. O, Şəmkir Rayon Təhsil Şöbəsinin onunla bağlı verdiyi qərardan xəbərsiz olduğunu bildirib:

“Məni işdən kim çıxarıb? Nə vaxt çıxarıblar? Mənə bu barədə məlumat verməyiblər. Heç nədən xəbərim yoxdur. Bütün günü məktəbdə olmuşam.”

Şəmkir rayon Təhsil Şöbəsi Seyfəli kənd orta məktəbinin direktoru Akf Namazovu əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən kənarlaşdırılıb. Bundan əlavə, direktorun işi araşdırılması üçün Baş Prokurorluğa göndərilb.

Bahar RÜSTƏMLİ

AzNews.az