16:30
(077) 610-22-33

Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar - Fotolar

  • >
3 100 3 Fevral 2017 13:13 | Cəmiyyət

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Kütləvi İnformasiya Vasitələrinin təmsilçilərini şirkətin Məlumat Mərkəzinə dəvət edib.

AzNews.az xəbər verir ki, media nümayəndələri Məlumat Mərkəzinin gündəlik işi ilə tanışlıq zamanı 555 qısa nömrəsinə edilən zənglərin peşəkar operatorlar tərəfindən necə cavablandırılması və daxil olan müraciətlərə əsasən əlaqəli bölmələrlə birlikdə müxtəlif əməliyyatların necə həyata keçirildiyinin canlı şahidi olublar.

Məlumat Mərkəzinin qrup rəhbəri Elmar Cəfərov və Kanalların idarə olunması üzrə qrup rəhbəri Emin Əskərsoy qonaqlara Məlumat Mərkəzinə daxil olan müraciətlərin idarə edilməsi və son iki il ərzində əldə olunan nailiyyətlər barədə məlumat veriblər.

“Məlumat Mərkəzində işin necə qurulduğunun abunəçilərimizin çoxuna maraqlı olduğunu nəzərə alaraq böyük məmnuniyyətlə media nümayəndələrini iş yerimizə dəvət etdik. Abunəçilərimizə daha yaxın olmağımızda onların müstəsna rolu var. Ümidvarıq ki, jurnalistlərin hazırladığı məqalələr abunəçilərimiz üçün maraqlı olacaq.”, deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru xanım Selda Bostancıoğlu bildirib.

Qeyd edək ki, Bakcell bir müddət bundan öncə şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı qabaqlayıcı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini tədbiq edib.

image description image description image description image description image description image description image description
Bağla X