02:52
(077) 610-22-33

Bu dərmanlar qripi sağaltmır- SİYAHI

  • >
27 318 8 Fevral 2017 10:25 | Cəmiyyət

“Yalançı” prefiksi ilə satılmalı olan dərmaların siyahısı hazırlanıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlər Rusiya Elmlər Akademiyasının rəyinə əsasən məşhur homeopatik dərmanların adlarını daxil etdikləri siyahını tərtib ediblər.

Rusiya Elmlər Akademiyasının rəyasət heyəti nəzdindəki Yalançı Elmlərlə mübarizə komissiyası Rusiya Səhiyyə Nazirliyinə dövlət klinikalarından homeopatik dərmanları çıxarmağı tövsiyə etmişdi. Komissiya üzvləri “homeopatiyanın yalançı elm olması barədə” memorandum hazırlayıblar. Burada onlar preparatların ehtimal edilən təsir mexanizmlərini “məlum kimyəvi, fiziki və bioloji qanunlar”a zidd adlandırıblar. Komissiya üzvləri qeyd ediblər ki, preparatların “effektivliyinin inandırıcı eksperimental təsdiqi yoxdur.”

Lakin, dərmanlar dövlət klinikalarından götürülsələr də, onları apteklərdən almaq mümkün olacaq.

Rusiya jurnalistləri qrip və soyuqdəyməyə qarşı apteklərdə satılan ən tanınmış homeopatik dərmanların siyahısını hazırlayıb. Əgər qərar qəbul olunsa, bu preparatların qarşısında “yalançı” prefiksi artırılacaq.

Həmin siyahını təqdim edirik:

Aqri

Anaferon

Aflubin

Viburkol

İnflyutsid

Otsillokoktsinum

Tsinnabsin

Engistol

Erqoferon

Aydan AXUNDOVA

AzNews

Bağla X