20:53
(077) 610-22-33

“Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası Ermənistana ciddi xəbərdarlıqdır” - Aydın Mirzəzadə

  • >
9 956 8 Fevral 2017 12:16 | Cəmiyyət

“Azərbaycanın ərazi bütövlüyünü pozduğuna görə, Ermənistanın işğal edilmiş zonalarına səfər edən insan məhkəmə qarşısında dayanacaq.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasını şərh edərkən deyib. O, Azərbaycanın bir dövlət kimi yüksək nüfuza malik olmasını vurğulayıb:

“Bundan əlavə özünün suverenliyini bütün münasibətlərdə qorumaq gücündədir. Bu ötən ilin aprel hadisələri kimi əhəmiyyətlidir. Ötən il biz dövlətimizin, silahımızın gücünü, bu isə artıq diplomatik cavabı göstərir.”

Aydın Mirzəzadə Aleksandr Lapşinin ölkəmizə ekstradisyasının Prezident İlham Əliyevin Brüsselə səfərinin üst-üstə düşməsində hardasa bir bağlılıq olduğunu qeyd edib: “Bu Lapşin kimi düşünən və hərəkət edən bütün insanlara çox ciddi bir xəbərdarlıq olmalıdır. Eyni zamanda, Ermənistan tərəfi də bilməlidir ki, etdiyi əməllərə, cinayətlərə görə, gec-tez onlar da, əlləri qandalda Azərbaycan məhkəməsi qarşısında dayanacaq.”

Deputat Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasının eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlığı kimi qiymətləndirib.

Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə qərar çıxarıb. Qərardan sonra o, Belarusdan Azərbaycana ekstradisiya edilərək hava limanında Belarus Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X