21:49
(077) 610-22-33

“Fazil Mustafa Əkrəm Əylislinin həmyerlisidir, ona görə də...” – ŞOK İTTİHAM

  • >
234 5 Fevral 2013 09:50 | Cəmiyyət

Yazıçılar Birliyi partiya sədriylə söz davasına qalxdı




Millət vəkili Fazil Mustafa xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı Yazıçılar Birliyinin verdiyi bəyanatı qısqanclıqla əhatələnmiş ittihamnamə hesab edir: "Bu bəyanat öz üslubuna görə Əkrəm Əylislinin məlum əsərindən çox da fərqlənmir. Bu həqiqətən də bir yaradıcı təşkilatın bəyanatı deyıl, siyasi xarakterli, bəzi məqamlarda şəxsi qisasçılıqla dolu ittihamnamədir. Məncə, ən doğrusu, bu bəyanatdan imtina edilməsidir".

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bildirdi ki, bu bəyanat Fazil Mustafanı çox gülünc vəziyyətə salır: "Fazil Qəzənfəroğlu ilə Əkrəm Əylisli eloğlu, həmyerlidir. O, istəyir ki, Əkrəm Əylislini müdafiə etsin. Amma müdafiə edə bilmir. Fazil Mustafa Yazıçılar Birliyinin bəyanatına ağız büzməklə guya öz vicdanı qarşısında üzrxahlıq edir. Amma həqiqətdə Fazil Mustafa daha çox səsini çıxarmalı idi. Yaxşı olar ki, Fazil Mustafa Yazıçılar Birliyini müdafiə etsin. Bura Azərbaycandır. Fazil Mustafa öz primitiv siyasi gedişlərini Yazıçılar Birliyinin bəyanatı üzərində qurmasın. Vətəndaşlıq mövqeyini itirmiş bir yazarı müdafiə etmək vətəndaşlıqdan zəif olan insanların işidir. Fazil Mustafanın bu müdafiə cəhdi Sabirin heykəlinin qarşısında dayanıb Əkrəm Əylislini müdafiə edənlərin cəhdindən daha qorxuludur. Belə dolayı yolla müdafiə cəhdi Fazil Mustafanı gülünc vəziyyətə salır".

Bahar Rüstəmli
AzNews.az

Bağla X