“Bu Azərbaycan xalqına yaraşmayan bir ifadədir.” “Bu Azərbaycan xalqına yaraşmayan bir ifadədir.”

Mingəçevir məscidinin axundundan dəhşətli fətva: “Kimin artıq arvadı varsa qardaşına versin” (VİDEO)

“Bu Azərbaycan xalqına yaraşmayan bir ifadədir.”

Bunu AzNews.az-a açıqlamasında "Rəhimə xanım ziyarətgahı”nın rəisi Hacı Ədalət Teymurov Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdarın “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikirinə münasibətində deyib. Onun sözlərinə görə, belə insanlar dini hörmətdən salır:

“Ərsiz arvadlar da ailə qurur, subay kişilər də. Artıq arvad olur? Kimdə var artıq arvad? Arvad tərəvəz, heyvandır bəyəm, evində artıq olsun. Hərənin bir arvadı var. Dində belə şey yoxdur. Xalqımıza yaraşmayan söhbətlər edirlər. Din xadiminin belə ifadə işlətməsi özü düzgün deyil.”

Mingəçevir Heydər Məscidinin Axundu Hacı Ələmdar dəhşətli fətva verib. “GoldNews.az”ın məlumatına görə, o çıxışında “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”-deyə bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az