10:24
(077) 610-22-33

Ölkə QHT-ləri təcili toplanır

  • >
650 7 Fevral 2013 10:07 | Cəmiyyət

Vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri fevralın 7-si saat 13-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində təcili toplantı keçirəcək. Toplantıda QHT qanunvericiliyinə dəyişiklik layihəsi müzakirə olunacaq.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 6 fevral iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinə baxılıb. Məcəlləyə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi vəzifəli şəxslərə 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərə 5 min manatdan 7 min manata qədər cəriməyə başa gələcək.

Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.

Deputat Çingiz Qənizadənin hazırladığı layihə parlamentin plenar iclasına tövsiyə olunub.

AzNews.az
Bağla X