09:20
(077) 610-22-33

Deputatdan yeni dərs ili ilə bağlı təklif: “Dərslər mayın 25-i bitməlidir...”

  • >
54 831 22 May 2017 10:16 | Cəmiyyət

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı təklif irəli sürüb.

AzNews.az xəbər ki, deputat dərslərin dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanmasını vacib olduğunu deyib:

“Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur.”

Fazil Mustafa iyun ayının ortalarına qədər tədrisin uzaldılmasının ciddi əsaslandırılmasını görmədiyini qeyd edib:

“Üstəlik də ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il Formula 1 yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X