05:40
(077) 610-22-33

Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Video

  • >
1 928 23 May 2017 21:22 | Cəmiyyət

Son günlər yaşanan qeyri-sabit hava bəzi təsərrüfat sahiblərinin narahatlığına səbəb olub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, müxtəlif bölgələrdə yaşayan fermerlər meyvə-tərəvəzlərin məhsuldarlığının aşağı olacağını deyirlər. Onların sözlərinə görə yağan yağışlar bəzi məhsulları xarab edib.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir. Qısamüddətli dolunun düşməsi ciddi fəsadlar yaratmayıb. Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, əkin sahələrinin məhv olması ilə nazirliyə müraciət daxil olmayıb. Yerlərdə olan kənd təsərrüfatı idarələri də müxtəlif monitorinqlər keçirərək vəziyyəti nəzarətdə saxlayırlar

İmran Cümşüdov deyir ki, yağan yağışlar əksinə məhsuldarlığa müsbət təsir göstərəcək

Şöbə müdirinin sözlərinə görə, meyvə ağaclarının çoxu çiçəklənmə dövrünü geridə qoyduğundan, onlar üçün də böyük təhlükə yoxdur. Havanın temperaturu iqlim normasına uyğun olduğundan yağışların meyvələri zay edəcəyini demək olmaz. Ona görə də hava şəraitinin təsiri ilə meyvə-tərəvəz məhsullarının qıt olacağı ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.

Bağla X