16:24
(077) 610-22-33

“Digər ölkələrlə müqayisədə 6 həftə azdır” - Nazirlikdən reaksiya

  • >
1 114 25 May 2017 17:20 | Cəmiyyət

Valideynlərin tədris müddəti ilə bağlı şikayəti əsaslı deyil.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

O bildirib ki, bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik ölkələrdən biridir. 2 il bundan əvvəl ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdən sonra bu rəqəm 34 həftə olub: "Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycanda orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır. Ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür".

E.Əmrullayev qeyd edib ki, bir çox məktəblərdə artırılan tədris həftələri ərzində müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır: "Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının".

AzNews.az

Top xəbərlər
Bağla X