09:16
(077) 610-22-33

iPhone 6 sərfəli şərtlərlə satışda

  • >
1 530 26 May 2017 18:35 | Cəmiyyət

Azercell Telekom MMC “1001 Smartfon” kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir. Belə ki, 26.05.2017-ci il tarixindən etibarən müştərilər iPhone 6 32GB telefonunu sərfəli şərtlərlə əldə etmək imkanı qazanırlar.

Abunəçilər 4G-dəstəkləyən smartfonlarını aylıq cəmi 65 AZN-dan başlayan ödənişlə əldə edə bilirlər. Üstəlik, onlara 5GB internet və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı da verilir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində iPhone 7 və iPhone 5S, LG Flex 2 smartfonlarını da sərfəli şərtlərlə təqdim edib.

Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində yay boyunca abunəçilərinə sərfəli şərtlərlə telefonlar təklif etməyə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

AzNews.az​

Bağla X