- Köhnə - Cəmiyyət
- 26 May 2017 22:46
- 3 854
Balakəndə bəxbəxt hadisə - rayon sakini ağır xəsarət aldı
Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Şambul kənd sakini, 1996-cı il təvəllüdlü Günel Ramazan qızı Məhniyeva hər iki ayağının 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub.
Müayinə zamanı məlum olub ki, G Məhniyeva yaşadığı evdə xörək bişirən zaman düyü ilə dolu qaynayan qazan onun üstünə aşıb. Nəticədə Günel Məhniyeva hər iki ayağından yanıq xəsarətləri alıb.